Naxçıvanlı sahibkarlara şad xəbər - Nazir açıqladı+Video
2023-01-02 17:15:00
“Naxçıvan Muxtar Respublikasında da sahibkarlara yeni imkanlar yaradılacaq”.
Hurriyyet.az xəbər verir ki, bunu Naxçıvan MR-in iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib.
O, bildirib ki, 2023-cü ilin yanvar ayında sahibkarlarla müzakirələr aparılacaq:
“Ölkəmizin digər bölgələrində fəaliyyət göstərən sahibkarların MR-də pay alması üçün geniş imkanlar var”.
Xatırladaq ki, dekabr ayının 22-də Prezident İlham Əliyev Fuad Vahid oğlu Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Daha ətraflı Baku TV-nin süjetində: