📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanlıların narazılıq etdiyi baş həkim işdən çıxarıldı

2023-04-19 15:37:00

Naxçıvanlıların narazılıq etdiyi baş həkim işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.

Qeyd edək ki, Naxçıvan Doğum Mərkəzi əhalinin ən çox narazı qaldığı, korrupsiyalaşmış və insanların incidildiyi səhiyyə müəssisəsi idi.