📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi dəvət eləməyi təklif edib

2021-12-10 16:07:00

Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi dəvət eləməyi təklif edib

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın eks-prezidenti, Avrasiya Ali İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycanı müşahidəçi-dövlət statusunda Avrasiya İqtisadi İttifaqına dəvət eləməyi təklif edib.

Nazarbayev  Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib: “Çoxillik münaqişədən sonra Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin nizamlanmasını ürəkdən alqışlayıram. Məncə, hamımız belə hesab edirik. Əvvəllər də deyildiyi kimi, müşahidəçi dövlət qismində iştirak eləməsi üçün  Azərbaycan Respublikası ilə danışıqlar aparılmasını mümkün hesab edirəm”.

Nazarbayev Özbəkistanı nümunə göstərərək, onun müşahidəçi kimi çox şey qazandığını söyləyib.

 

Hürr Tərcüman