Nazarbayev öz vəzifəsini Tokayevə həvalə etdi
2021-11-23 16:57:00
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Nur Otan partiyasının sədri vəzifəsində ölkənin ümummilli lideri Nursultan Nazarbayevi əvəz edəcək. “Sputnik Qazaxıstan” informasiya agentliyinin verdiyi məlumata görə, bu qərar siyasi şuranın geniş iclasından sonra bəyan edilib.
Nazarbayevin mətbuat katibi Aydos Ukibaya bununla əlaqədar bildirib: “Siyasi şuranın geniş iclası zamanı Nursultan Nazarbayev Nur Otan partiyasının sədri səlahiyyətlərini ölkə Prezidentinə verməyi qərara alıb”.
Nur Otan partiyası 1999-cu ildə yaradılıb, uzun illər ərzində partiyaya Nursultan Nazarbayev başçılıq edib.
Hürr Tərcüman