📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayev Qasaxıstandan qaçdı:Eks-prezident ailəsi ilə birgə bu ölkəyə sığındı – ŞOK GƏLİŞMƏ

2022-01-07 11:37:00

Nazarbayev Qasaxıstandan qaçdı:Eks-prezident ailəsi ilə birgə bu ölkəyə sığındı – ŞOK GƏLİŞMƏ

Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan “Embraer Legacy 650” (bort nömrəsi E32L) təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib. “The Insider” yazır ki, təyyarə Qazaxıstan Milli Qvardiyasına aid ola bilər, çünki qurum bu modeli 2020-ci ilin yanvarında alıb.

Bundan əvvəl internetdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməmiş əmlakının Dubayda yerləşdiyinə dair araşdırma dərc edilib.

Qeyd olunur ki, Nazarbayevin nəvəsi Nurəli Əliyev, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov və Nazarbayevin kürəkəni Timur Kulibayevin də Dubayda iqamətgahları var.

Yeri gəlmişkən, bir gün əvvəl, yanvarın 5-də E32L bort nömrəli təyyarə Qazaxıstandan havaya qalxan zaman Məsimov Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edilib.

Birləşmiş Ərəb Əmirliklərin daşınmaz əmlak reyestrində Nurəli Əliyevin “Jumeirah Beach Residence” ərazisində üç iqamətgahı və Dubaydakı elit “Marina Bay”da bir iqamətgahı haqqında məlumat var.

Məsimov “Dubai Executive Towers” kompleksində mənzillərə və Dubai International City ərazisində mənzillərə malikdir.

Nazarbayevin kürəkəni milyarder T.Kulibayevin “Palm Jumeirah” süni adasında mənzilləri var.

GUNinfo.az xarici mediaya istinadən bildirir ki,  Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev, Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən istefaya göndərildikdən sonra ailəsi ilə birgə ölkəni tərk edib. Nazarbayevi ölkədən çıaran təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. guninfo.az