📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

2022-01-08 11:44:00

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

“Elbası hər kəsi Qazaxıstan Prezidenti ətrafında sıx birləşməyə çağırıb”.

Hurriyyet.az xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.

“Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.