Nazarbayevin harada olduğu açıqlandı
2022-01-12 17:19:00
Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayev hazırda ölkənin paytaxtındadır.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Nazarbayev Qazaxıstanın paytaxtındadır. O, dost ölkə rəhbərləri ilə bir neçə telefon danışığı aparıb və daimi olaraq Prezident Qasım-Jomart Tokayevlə əlaqədədir. O, situasiyanı davamlı olaraq izləyir”, - səfir bildirib.