📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayevin kürəkəni istefa verdi

2022-01-17 10:43:00

Nazarbayevin kürəkəni istefa verdi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı palata yayıb.

Timur Kulibayev istefa verməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, T. Kulibayev N. Nazarbayevin ortancıl qızı Dinaranın həyat yoldaşıdır. Timur və Dinara Kulibayevalar ölkənin nəhəng “Qazaxıstan Xalq Bankı”nın sahibləridir.