📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayevin qardaşıoğlunun 1,6 milyard dolları büdcəyə qaytarılıb

2024-08-12 15:04:30

Nazarbayevin qardaşıoğlunun 1,6 milyard dolları büdcəyə qaytarılıb

2022-ci ildən bəri Qazaxıstanın hüquq-mühafizə orqanları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıya qarşı iş üzrə 1,6 milyard dollar məbləğində vəsaiti büdcəyə qaytarıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin sentyabrında Qazaxıstan məhkəməsi Satıbaldını mənimsəmə işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində və “Nur Otan” partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub, prezident əmisinin yaratdığı şəraitdən istifadə edərək külli miqdarda vəsait toplayıb.

Musavat.com