Nazarbayevin qızı parlamentin iclasında iştirak etmədi
2022-01-12 12:07:00
Hürriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı, ölkənin eks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva xəstələndiyi üçün bu gün keçirilən iclasda iştirak etməyib.
Dariqa Nazarbayeva 2021-ci ilin yanvarından Məclisin İqtisadi İslahatlar və Regional İnkişaf Komitəsinin heyətinin üzvüdür. 2020-ci ilin may ayına qədər parlamentin yuxarı palatası olan Senatın spikeri olub. Hazırda Nursultan Nazarbayev fonduna rəhbərlik edir.
Hürr Tərcüman