Nazarbayevin qızından "istefa vermək" tələb olundu
2022-02-10 12:45:00
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı, Milli Məclisin deputatı Dariqa Nazarbayeva istefa verməlidir. Bu fikirləri millət vəkili Aydos Sarım deyib.
“Mövcud vəziyyətlə əlaqədar olaraq o, bir insan, bir vətəndaş kimi istefa verməlidir. Bu vəziyyət onun adı ilə bağlıdır və bu, düzgün olardı". Deputatın fikrincə Qazaxıstandakı yanvar hadisələri birbaşa onun adı ilə də bağlıdır.
Dariqa Nazarbayeva faciəli yanvar etirazları başlayandan bəri Məclisdə görünmür. Rəsmi versiyaya görə, o, koronavirusa yoluxub.
Ülviyyə, Hurriyyet.az