Nazilə Fatimədən 50 min tələb edir? - Açıqlama
2022-12-26 22:52:00
Şair Nazilə Səfərlinin vəkili Fuad Bədəlov onun rəqqasə Fatimə Fətəliyevadan 50 min manat təzminat istəməsi iddiasını təsdiqləyib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə hüquqşünas Olay-a açıqlama verib. Əvvəlcə Səfərli ilə əlaqə saxlasaq da, o, mövzu barədə danışmaq istəməyərək bizi vəkilinə yönləndirib.
F. Bədəlov bildirib ki, müvəkkili Fətəliyevadan mənəvi təzminat tələb edib: "50 min manat mənəvi təzminat istənilir. Hələ ki, iş ekspertizadadır, icraat dayandırılıb".
Qeyd edək ki, Nazilənin rəqqasədən 50 min manat təzminat istəməsi xəbərini axsam.az saytı yayıb.