📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazilə: “Qaloş geyinməyim reytinq olur, Fatimə ilə gündəmə gəlmək nəyimə gərəkdir?” – VİDEO

2024-03-07 21:29:49

Nazilə: “Qaloş geyinməyim reytinq olur, Fatimə ilə gündəmə gəlmək nəyimə gərəkdir?” – VİDEO

"Mənə belə ucuz piar lazım deyil. Bir şey ki, mən qaloş geyinəndə reytinq olur, adi alma yeyirəm, gündəmə düşürəm. Fatimə ilə gündəmə gəlmək mənim nəyimə gərəkdir?" 

Hurriyyet.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Dəyişən cavab" verilişində deyib. 

Nazilə xına məclislərində rəqibsiz olduğunu bildirib: 

"Xına yaxdılardakı çıxışlarımı digər sənətçilər təkrarlayırlar. Mən özümə niyə kimisə rəqib görüm? Yüzlərlə insan var ki, bu gün də şeirlərimdən bəhrələnir və mənim kimi məclislər aparır. Bu sahədə mənə rəqib yoxdur. Bəlkə də var, amma mən o rəqibi hiss etmirəm. Bəlkə də mənə rəqib olan var... Hiss etsəm, etiraf edəcəyəm".