📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazilə Səfərli həbs olundu - Ona görə bir neçə polis işdən çıxarıldı

2022-07-09 22:52:00

Nazilə Səfərli həbs olundu - Ona görə bir neçə polis işdən çıxarıldı

Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub. \\Axar