📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

2022-07-07 09:27:00

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. 

Hurriyyet.az “Unikal”-a istinadən xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən atmağa çalışdığı, polisin isə onu xilas etdiyi görüntülər sosial şəbəkədə yayılıb.

Bundan əlavə, məlum olub ki, bir qrup vətəndaş və intihar etmək istəyən xanım, Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun bir evi 2-3 şəxsə satmasına etiraz ediblər.

Bundan əvvəl Nazim İbrahimovun digər qardaşlarının – İbrahim Nehrəmlinin və Sahib İbrahimovun da adı fırıldaqçılıqda hallanıb. Sahib İbrahimov dələduzluğuna görə həbs edilib.O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.