📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazim Quliyev yenidən həbsdə - 2 nəfərə qarşı dələduzluqda ittiham olunur

2024-06-03 17:47:54

Nazim Quliyev yenidən həbsdə - 2 nəfərə qarşı dələduzluqda ittiham olunur

Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, Nazim Quliyev 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. O, bu ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

İttiham təsdiq olunarsa, onu 12 illik həbs cəzası gözləyir.

Musavat.com