📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir 6 yaşlı Xədicənin videosunu paylaşdı - Video

2022-09-15 20:02:00

Nazir 6 yaşlı Xədicənin videosunu paylaşdı - Video

Elm və təhsil naziri Emin Əmrullayev Zəngilanın Ağalı kəndində birinci sinfə gedən 6 yaşlı Xədicə ilə bağlı paylaşım edib. 

Hurriyyet.Az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən nazir Böyük Qayıdışla təhsilimizin Qarabağa qayıtdığını yazıb.

Videoda ilk dəfə məktəbə qədəm qoyan Xədicənin kitab və dəftərlərini çantasına yığması, ilk dərs sevinci əks olunur. Bu gün Zəngilanın Ağalı kəndində Xədicənin timsalında bütün məktəblilər üçün ilk zəng çalınıb. 

Həmin videonu təqdim edirik: