📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

2023-01-11 17:32:00

Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə rəis vəzifəsi bölmənin rəis müavini, polis mayoru Sahil Quliyevə həvalə edilib.

Qeyd edək ki, Sahil Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.

Xatırladaq ki, 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev iki gün əvvəl işdən çıxarılıb və sərəncama götürülüb.