📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir bir müddət əvvəl vəzifə verdiyi şəxsi işdən çıxardı - YENİ TƏYAİNAT

2022-07-30 16:07:00

Nazir bir müddət əvvəl vəzifə verdiyi şəxsi işdən çıxardı - YENİ TƏYAİNAT

Mədəniyyət naziri Anar Kərimov bir müddət əvvəl vəzifə verdiyi şəxsi ailə vəziyyətinə görə işdən çıxarıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, nazirliyin Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Əbdüləzimov İsmayıl Yasin oğlu vəzifəsindən azad edilib.

Anar Kərimov həmçinin Cavadlı Orxan Emin oğlunu Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri təyin edib.

Qeyd edək ki, bu vəzifəyə qədər Oorxan Cavadlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom” MMC-nin baş direktorunun müşaviri vəzifəsində çalışıb.

Nazirliyin media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafar-Zadə xəbəri təsdiqləyib.