📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı - Yerinə təyinat oldu + FOTO

2026-02-14 11:44:43

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı - Yerinə təyinat oldu + FOTO

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Hurriyyet.org Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.

Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.