📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir daha bir generalı təqaüdə göndərdi

2022-02-05 16:32:00

Nazir daha bir generalı təqaüdə göndərdi

Azərbaycanın Rusiyadakı səfirliyinin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov təqaüdə göndərilib.

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ə.Yusifov Daxili İşlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə çıxarılıb.

Nazirin digər əmrilə Rusiyadakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi polis polkovniki Elşad Süleymanova təyin olunub.

Lent.az