📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir Eldar Əzizovun qardaşını işdən çıxardı

2021-11-22 13:12:00

Nazir Eldar Əzizovun qardaşını işdən çıxardı

Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub.

Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Bildirilir ki, onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşıdır.

Xatırladaq ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, A. Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.