📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir Elşad Abdullayevi vəzifəsindən AZAD ETDİ - FOTO

2026-09-18 17:11:42

Nazir Elşad Abdullayevi vəzifəsindən AZAD ETDİ - FOTO

Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Elşad Abdullayev vəzifəsindən azad edilib.

Hurriyyet.media Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

O, ali məktəbin elm və innovasiyalar sahəsinə cavabdeh olan prorektoru idi.

Qeyd edək ki, Abdullayev Elşad Tofiq oğlu 1981-ci il oktyabrın 20-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.

2023-cü ilin dekabrında SDU-nun prorektoru təyin olunmuşdu.