📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir filarmoniyanın direktorunu işdən ÇIXARDI

2023-08-07 19:11:00

Nazir filarmoniyanın direktorunu işdən ÇIXARDI

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub.
Hurriyyet.Az Publika.az-a istinadən xəbər verir ki, direktorun əmək müqaviləsi bitib və onunla yeni bir müqavilə imzalanmayıb.
Məlumat üçün bildirək ki, Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə bir il öncə təyin olunub.

R.Yusifov özü də sosial şəbəkə hesabından işdən ayrıldığını bildirib.