📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir general Kərəm Mustafayevin rəis qardaşını işdən çıxardı

2022-01-25 11:21:00

Nazir general Kərəm Mustafayevin rəis qardaşını işdən çıxardı

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşı, Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev vəzifəsindən azad edilib.

Hurriyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rasim Mustafayev Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazovun müvafiq əmri ilə işdən çıxarılaraq, sərəncama götürülüb.