📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi

2025-03-12 12:33:34

Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

 Hurriyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenatı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.