📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir generalı təqaüdə göndərdi - YENİ TƏYİNAT

2022-12-08 15:35:00

Nazir generalı təqaüdə göndərdi - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib. 

Hurriyyet.az xəbər verir ki, "qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.