📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir generalın yerinə onu təyin etdi -FOTO

2026-01-19 11:43:27

Nazir generalın yerinə onu təyin etdi -FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.

O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə gətirilib.(Qaynarinfo)