📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir helikopterlə yanğın baş vermiş ərazilərə baxdı - Video

2022-08-19 20:29:00

Nazir helikopterlə yanğın baş vermiş ərazilərə baxdı - Video

Xəbər verdiyimiz kimi, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hurriyyet.az-ın məlumatına görə, müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.