📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir hospitalda müalicə olunan hərbçilərlə görüşdü

2022-12-31 15:07:00

Nazir hospitalda müalicə olunan hərbçilərlə görüşdü

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,  Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib.