📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir müavini Türkiyədəki yanğınla bağlı SON VƏZİYYƏTİ AÇIQLAYIB

2021-07-31 21:46:00

Nazir müavini Türkiyədəki yanğınla bağlı SON VƏZİYYƏTİ AÇIQLAYIB

 

"Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar" - deyə nazir müavini bildirib. \\Report