Nazir ona yüksək vəzifə verdi - FOTO
2026-11-25 17:37:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinat olub.
Hurriyyet.net İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ayşən Bayramova Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
O, 2023-cü ildən yeni təyinatadək Nazirlikdə baş məsləhətçi vəzifəsini tutub. 2015-2023-cü illərdə isə aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
