📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir onu işdən çıxardı

2025-04-04 19:19:27

Nazir onu işdən çıxardı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

Hurriyyet.Az APA-ya istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.