📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir övladlarının xaricdə təhsil almasını istəyir

2022-09-20 09:08:00

Nazir övladlarının xaricdə təhsil almasını istəyir

"Övladlarımın xaricdə təhsil almasını istəyirəm”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Baku TV-də yayımlanan "Üzbəüz” verilişinin qonağı olan gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, o, övladlarının təhsil aldıqdan sonra Vətənə qayıtmasını istəyir:

"Bizim kifayət qədər yaxşı təhsil verən universitetlərimiz var. Övladlarımın təcrübə üçün xaricdə təhsil almasını istərdim. Amma daha sonra Vətənə qayıtsınlar. Heç kim övladının xaricdə yaşamasını istəməz”.