📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir öz mühafizəçisi tərəfindən öldürüldü

2023-05-03 00:24:00

Nazir öz mühafizəçisi tərəfindən öldürüldü

Uqandanın əmək və sənaye məsələləri üzrə dövlət naziri Çarlz Okello Enqola  iqamətgahında öz mühafizəçisi tərəfindən güllələnib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, nazirə atəş açan mühafizəçi bir neçə dəqiqə sonra eyni silahla intihar edib.
Şəxsiyyəti dəqiqləşdirilməyən mühafizəçinin naziri hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir. \\Demokrat.az