📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir özünə yeni müşavir təyin etdi

2022-01-12 15:03:00

Nazir özünə yeni müşavir təyin etdi

Təhsil naziri Emin Əmrullayev özünə yeni müşavir təyin edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı nazir əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nicat Məmmədli gətirilib.

Qeyd edək ki, N.Məmmədli indiyə qədər nazirliyin Elm və ali təhsil şöbəsinin müdiri işləyib.