Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
2021-11-05 12:09:00
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov icra edib.