📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NAZİR POLKOVNİKƏ YÜKSƏK VƏZİFƏ VERDİ - General-mayorun yerinə təyinat + FOTO

2023-09-04 16:49:03

NAZİR POLKOVNİKƏ YÜKSƏK VƏZİFƏ VERDİ - General-mayorun yerinə təyinat + FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə A.Məmmədli FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi təyin edilib. (oxu.a.z).

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılmışdı.