📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir sabiq baş həkimə VƏZİFƏ VERDİ - FOTO

2024-04-05 14:25:22

Nazir sabiq baş həkimə VƏZİFƏ VERDİ - FOTO

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.

Hurriyyet.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.