Nazir yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi - FOTO
2026-05-14 20:06:03
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiq olunub.
