Nazirdən müəllimlərin maaşı ilə bağlı vacib AÇIQLAMA
2022-07-27 11:48:00
"2022-2026-cı illərdə 137 min müəllimin sertifikasiya prosesinə cəlb edilməsi planlaşdırılır".
Hurriyyet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, 68 min nəfərin əməkhaqqının differensiallaşdırılması nəzərdə tutulub:
"Həmçinin, dövrün sonuna maddi-texniki bazası yenilənmiş məktəblərin xüsusi çəkisinin 85 faizə çatması planlaşdırılır".
yenisabah.az