Nazirə parlamentdə Saakaşvili ilə bağlı "sürpriz" - Foto
2022-12-16 21:52:00
Gürcüstan parlamentinin plenar iclasında ədliyyə naziri Rati Breqadzenin çıxışı etirazlarla qarşılanıb.
Üzərində "Saakaşvilini öldürməyin" pankartlar tutan “Milli Hərəkat” fraksiyasının deputatları etiraz əlaməti olaraq sessiyanı tərk ediblər. Bundan başqa, pankartlarda Mixail Saakaşvilinin Penitensiar Xidmətin yaydığı videokadrlardan kəsilmiş şəkilləri də əks olunub.
Zalı tərk etməzdən əvvəl fraksiya deputatı Ana Tsitlidze Rati Breqadzeyə müraciət edərək deyib ki, onun əməllərinə görə övladları cavab verməli olacaq. \\Axar