Nazirin evində partlayış!
2022-09-08 14:01:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Livanın Nəqliyyat naziri Əli Hamiyenin həyətində partlayış baş verib.
NNA xəbər agentliyinin məlumatına görə, partlayış paytaxt Beyrut şəhərinin Bekaa rayonunda baş verib.
Partlayıcı qurğu nazirin evinin elektrik şəbəkəsinə qoşulub.
Partlayış zamanı nazirin evdə olub-olmaması, ölən və yaralananlar barədə məlumat verilmir.
Hürr Tərcüman