📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirin səlahiyyətlərini o icra edəcək

2022-12-22 14:22:00

Nazirin səlahiyyətlərini o icra edəcək

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad olunub.

Dövlət başçısının digər Sərəncamı ilə, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Azərbaycan mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

qafqazinfo.az