📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik etdi

2026-04-24 18:14:50

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik etdi

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, siyahıya "Тəmiz Şəhər" ASC, "Azəralüminium" MMC və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC əlavə olunub.