📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA

2024-03-18 16:17:01

Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA

İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədi ilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcək.

Hurriyyet.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin antiinflyasiya tədbirləri və onun nəticələrinə dair bülletenində əksini tapıb.

Qeyd edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.