📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edilir

2026-02-23 11:52:09

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edilir

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq.

Bu məsələ "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.

Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.