📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlər Kabinetinin önündə aksiya çağırışlarına rəsmi reaksiya

2022-07-08 10:17:00

Nazirlər Kabinetinin önündə aksiya çağırışlarına rəsmi reaksiya

Daxili İşlər Nazirliyi (DİN) iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindan Hurriyyet.az-a bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:

"Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".