📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlik 500 musiqi alətini tonqalda yandırdı

2026-02-18 19:00:11

Nazirlik 500 musiqi alətini tonqalda yandırdı

Əfqanıstanın Fəzilət Təşviqi Nazirliyinin əməkdaşları tərəfindən 500 musiqi aləti tonqalda yandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Fəzilət Təşviqi, Əxlaqsızlığın Qarşısının Alınması və Şikayətlər Nazirliyinin  şöbə rəhbəri Məqbul Əhməd Vaqas yerli mediaya açıqlamasında bildirib.

"Rəqs etmək və müxtəlif mərasimləri qeyd etmək üçün istifadə edilən bu əşyalar son bir il ərzində həm əyalətin mərkəzi Çarikarda, həm də rayonlarda toplanıb. Musiqi alətləri Qolqandi rayonunda hökumət rəsmilərinin, Baş Kəşfiyyat İdarəsinin və digər müvafiq qurumların iştirakı ilə yandırılıb",- o deyib