📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirlik məlumat yaydı - İyunun 14-də...

2023-06-14 09:55:00

Nazirlik məlumat yaydı - İyunun 14-də...

Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 14-də qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.